EN

İnkassator maşınını soyan Yasəmənin məhkəmədə ŞOK AÇIQLAMASI

Almaniyanın Bremen şəhərində inkassator maşınını soyaraq 8,2 milyon avro ilə Türkiyəyə qaçan Yasəmən Gündoğanın məhkəməsi başlayıb.

News24.az Söz.az-a istinadən xəbər verir ki, 1033 gün Türkiyədə gizlənən, daha sonra isə “həyatım təhlükədədir” deyib Almaniyaya geri dönən Yasəmən Gündoğan məhkəmədə 8,2 milyon avrodan cəmi 25 min avro aldığını, qalanının isə Türkiyədəki quldur dəstəsinin başçısına verildiyini iddia edib.

Bremendəki məhkəmə zalına dəbdəbəli brend eynək və paltarda gələn Yasəməinin 10 ilə qədər həbs cəzası ilə mühakimə olunduğu müddətdə çox rahat görünməsi diqqət çəkib. 

Məhkəməyə hər şeyin zarafatla başladığını, sonra isə hadisənin ciddiləşdiyini izah edən Yasəmən quldurluqda əvvəlcə dostunun, sonra isə dəstənin əli olduğunu və qaçdığını bildirib. 

O, Türkiyədə quldur dəstəsi tərəfindən villada bağlı vəziyyətdə saxlanıldığını, dəfələrlə olduğu yerin dəyişildiyini və 6 milyon avro gəlir edəcəyini düşündüyünü açıqlayıb. 


Chosen
48
news24.az

1Sources