EN

Ukraynanın təhlükəsizliyi ərazilərdən daha aktualdır

Ukrayna üçün ABŞ-da prezident seçkilərində Donald Trampın qələbəsi fonunda potensial danışıqlar kontekstində təhlükəsizlik təminatları məsələsi mümkün ərazi güzəştlərindən daha vacib olacaq...

Poliqon xəbər verir ki, bu barədə The New York qəzetinə Ukraynanın yüksək rütbəli rəsmisi bildirib.

“Ərazi məsələsi son dərəcə vacibdir, lakin bu, hələ də ikinci dərəcəlidir. Birinci məsələ təhlükəsizlik təminatlarıdır”, deyə qəzet Ukrayna prezidenti Vladimir Zelenskinin çevrəsindən olan mənbənin sözlərini sitat gətirir.

Mənbənin sözlərinə görə, Kiyev başa düşmək istərdi ki, hər hansı müəyyən edilmiş atəşkəs xətti, məsələn, sənaye rayonlarını investorlar üçün əlverişsiz regiona çevirməklə, Ukraynanın iqtisadi bərpasına mane olmayacaq. NYT əlavə edib ki, demilitarizasiya zonasının eni Ukrayna hakimiyyəti üçün də prinsipial əhəmiyyət kəsb edir.

Qəzet həmçinin Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin katibi Roman Kostenkoya istinadən yazıb ki, istənilən mümkün danışıqlar zəmanətlərə əsaslanmalıdır, çünki Ukrayna üçün “daha vacib heç nə yoxdur”. Ukraynalı deputat qeyd edib ki, Kiyev heç bir halda Rusiyanın nəzarəti altında olan ərazilərə iddialarından rəsmən imtina etməyəcək.

Noyabrın 11-də Donald Trampın seçki kampaniyasının sözçüsü Caroline Leavitt bildirib ki, seçilmiş Amerika prezidenti vəzifəyə gəldikdən sonra “ilk gündə” Rusiya və Ukrayna nümayəndələrini danışıqlar masası arxasında “oturmağı” planlaşdırır.

Poliqon.info

Chosen
64
poliqon.info

1Sources