EN

COP29-da “Vahid sağlamlıq” müzakirəsi

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində “Səhiyyə və iqlim dəyişikliyi ilə bağlı yüksək səviyyəli paralel tədbir” adlı panel sessiya keçirilib.

Panel sessiyada Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, Birləşmiş Millətlər Təşkilatının 79-cu sessiyasının sədri Filemon Yanq, Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər iştirak ediblər.

Tedros Adhanom Qebreyesus və Filemon Yanq çıxışlarında qlobal tədbirin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıblar. Onlar ilk dəfə olaraq “Vahid sağlamlıq” yüksəksəviyyəli COP29-un dəyirmi masasının diqqət mərkəzində olacağını vurğulayıblar.

Azərbaycanın səhiyyə naziri Teymur Musayev qeyd edib ki, xəstəliklərin baş verməsini proqnozlaşdırmaq üçün erkən xəbərdarlıq sistemlərinin inkişafı və davamlı səhiyyə sistemlərinin qurulması iqlim dəyişikliyinin təsirlərini minimuma endirməsi mühüm əhəmiyyət kəsb edir.

Nazirin sözlərinə görə, sağlamlığın təşviqi milli səviyyədə sağlamlıqla bağlı Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və daha güclü səhiyyə sistemlərinin qurulması üçün olduqca vacibdir. O deyib: “Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın məqsədlərindən biri də vətəndaşların sağlam həyat tərzinin təmin edilməsidir”.

T.Musayev iqlim dəyişikliyinin təsirlərini minimuma endirə bilən davamlı səhiyyə sistemlərinin qurulması missiyasının uğurla başa çatacağına əminliyini bildirib. Həm TƏBİB-in, həm Səhiyyə Nazirliyinin tabeli tibb müəssisələri, həm də özəl xəstəxanalar olmaqla, 9 səhiyyə ocağının tibbi xidmət göstərməyə hazır olduğunu da diqqətə çatdırıb. Çıxışının sonunda 10 minlərlə qonağın şəhərimizə gəldiyini nəzərə alaraq, baş verə biləcək təcili hallarla əlaqədar müalicə tədbirləri ilə yanaşı, profilaktika istiqamətində də işlər görüldüyünü vurğulayıb.

Zərifə HÜSEYNOVA
XQ

Chosen
30
xalqqazeti.az

1Sources