EN

Tramp Rubionun ABŞ dövlət katibi olmasını istəyir


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp senator Marko Rubionun (Respublikaçı, Florida ştatı) dövlət katibi vəzifəsinə namizədliyi irəli sürüb.
Yeniavaz.com
Respublikaçılar Partiyasının keçid komandasına istinadla xəbər verir ki, bu barədə Tramp rəsmi olaraq müvafiq bəyanat yayıb.
“Marko xalqımızın güclü müdafiəçisi, müttəfiqlərimizə sadiq dost və rəqiblərimizə heç vaxt boyun əyməyən qorxmaz döyüşçü olacaq”, - mətndə qeyd edilib.
“The New York Times” yazır ki, Rubio Trampın Ukrayna ilə bağlı ümumi mövqeyini dəstəkləyir.
O, 2024-cü ilin aprelində Senatda Ukrayna üçün qəbul edilən 61 milyard dollarlıq hərbi yardım paketinin əleyhinə səs verən 15 respublikaçıdan biridir. Onun fikrincə, münaqişənin ən çox ehtimal olunan nəticəsi diplomatik həlldir.
“Burada maliyyələşdirdiyimiz şey durğun müharibədir və onu dayandırmaq lazımdır. Ən doğrusu sağlam düşüncədən istifadə etməkdir. Ukraynanın ölkəni yenidən qurması üçün 100 il lazım olacaq”, - Rubio “Today”ə bildirib.
Chosen
10
8
yeniavaz.com

10Sources