EN

Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir

1991-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Federasiyasının təşəbbüsü ilə noyabrın 14-ü Ümumdünya Diabetlə Mübarizə Günü kimi qeyd edilir. 2007-ci ildən həmin gün BMT-nin himayəsi altında keçirilir.

1990-cı ildən bəri 1 və ya 2 tip diabetdən əziyyət çəkən insanların sayı dörd dəfədən çox artaraq 2022-ci ildə 800 milyonu ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “The Lancet” elmi jurnalında dərc olunmuş araşdırmasında deyilir.

Artımın böyük hissəsi Yaxın Şərq, Cənub və Cənub-Şərqi Asiya və Latın Amerikasının payına düşüb. Mütləq ifadə ilə ən çox şəkərli diabet xəstəsi, təxminən 212 milyon insan Hindistanda, daha 148 milyon diabet xəstəsi isə Çində yaşayır. Liderlər arasında ABŞ (42 milyon), Pakistan (36 milyon), İndoneziya (25 milyon) və Braziliya (22 milyon) da var.

Qərbi Avropanın inkişaf etmiş ölkələrində, Yaponiyada, Kanadada, eləcə də Saharadan cənubda yerləşən bəzi Afrika ölkələrində (Malavi, Keniya, Uqanda və Ruanda) diabetin ən az yayıldığı müşahidə edilib. Diabetli insanların 59%-i, təxminən 450 milyon insan lazımi müalicə almır.

Azərbaycanda da diabet xəstəliyinin əsas səbəbi azhərəkətli həyat tərzi, qeyri-düzgün qidalanma və artıq çəkidir. Hazırda ölkəmizdə şəkərli diabet xəstələrinin sayı 300 mindən çoxdur. Əvvəllər qanda qlükozanın miqdarı 1 litrdə 6,6 millimoldan çox olanlar diabet xəstəsi hesab edilirdi. İndi isə qanda qlükozanın miqdarının 3,3-5,5 millimola qədər olması norma hesab edilir.

Chosen
11
13
moderator.az

10Sources