EN

Almaniyanın diqqətində olan türk qızı: Oğurladığı 8,2 milyon avro hardadır? (FOTO)

Almaniyanın Bremen şəhərində nağd pul daşıma şirkəti "Loomis"də işləyərkən 8,2 milyon avro oğurlamaqla gündəmə gələn Yasemin Gündoğan hakim qarşısına çıxıb.

Demokrat.az
Almaniyanın RTL televiziyasına istinadən xəbər verir ki, məhkəmə zalına girəndə çaşqın və qərarsız görünən Yaseminin vəkili cinayətin məhz Yasəmin tərəfindən törədildiyini açıqlayıb.

Vyana yolu ilə Türkiyəyə qaçan Yaseminin vəkili Karsten Şeukzer müvəkkilinin tam ifadə verəcəyini bildirib. Məhkəmə başlamazdan əvvəl RTL-yə müsahibə verən vəkil Yaseminin Türkiyədə özünü rahat hiss etmədiyini bu sözlərlə ifadə edib: "Onun türk şəxsiyyət vəsiqəsi yoxdur. Türkcə bilmir. Həyatının mərkəzi Almaniyadır: "Yasemin artıq qarşıdurmadan qaçmaq istəmədi. Ona görə də mart ayında təslim oldu".

Məhkəmə qarşısına çıxmağa razı olduğunu bildirən Yasemin 2 saatlıq ifadəsində "Ailəmin yanına qayıtmaq istədim" deyib.

Dostu tərəfindən cinayətə sövq edildiyini deyən qadın Türkiyədə dəfələrlə həbsxanaya girib-çıxan keçmiş sevgilisinin də cinayət ortağı olduğunu bildirib.

Alman televiziya kanalı "Buten un Binnen"də yer alan xəbərə görə, Yasemin törətdiyi cinayətdən danışaraq deyib: "Bunu hər gün edə bilərdim".

İşlədiyi yeri yaxşı tanıdığı üçün təfərrüatlı plan qurmağa ehtiyac duymadığını deyən Yasrmin oğurluq etmək üçün sakit yer axtardığını və pulu seyflərə qoymaq əvəzinə əvvəlcədən çölə çıxardığı tullantı kağızı qabınına qoyub.

Yasemin pulu tullantı qablarına qoyub, sonra isə şərikləri onu götürüb. 

Qənimətdən 6 milyon avronun özünə qalacağını düşünən Yasemin "Qaçaq həyat pulsuz olduğun zaman heç xoş deyil" deyib. O, hakimin "Pul haradadır" sualına "Keçmiş sevgilimdən soruşun" cavabını verib. Vəkili isə oğurlanan puldan Yaseminə çatmadığını bildirib.

Almaniyanın "Bild" qəzetində yer alan xəbərə görə, Yaseminin məhkəməyə son dərəcə bahalı paltar və dünyaca məşhur brend eynəklə gəlməsi diqqət çəkib.

2021-ci ilin mayında törətdiyi cinayətdən sonra Yasemin 2024-cü ilin martında Almaniyaya qayıdıb və təslim olub. Vəkili vasitəsilə Almaniyaya dönəcəyini açıqlayan Yasemin Bremen hava limanında həbs olunduğu gündən həbsdədir.



Jalə
Demokrat.az
Chosen
10
1
demokrat.az

2Sources