EN

COP for Hope: İqlim məsələlərini həll edərkən gender bərabərliyi nəzərə alınmalıdır - ABŞ nümayəndəsi

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz siyasi ekoloq və ekolojiantropoloq, ABŞ-dən olan “Womens Earth and Climate ActionNetwork”un nümayəndəsi Françes Robert-Qerqoridir.

O, Trend-ə bildirib ki, iqlimməsələlərinin həllində gender bərabərliyini nəzərə almaqlazımdır.

"Azərbaycana ilk dəfədir gəlirəm. Bu, mənim iştirak etdiyim 5-ciCOP-dur və qeyd etmək istərdim ki, COP29 Bakıda çox gözəl təşkilolunub, müvafiq qurumların və iştirakçıların fəaliyyəti üçün bütünlazımi infrastruktur yaradılıb.

İqlim məsələlərinin maliyyələşdirilməsi üzrə danışıqların hansınəticələrə gətirib çıxardığını görməkdən çox məmnunam. Biz genderməsələlərinə diqqət yetiririk və bu sahədə etibarlı fəaliyyətplanının olmasını təmin edirik.

Məqsədlərimiz gender və insan hüquqlarının danışıqların bütünmətnlərinə daxil edilməsini təmin etməkdir. İqlim siyasəti üzrədanışıqlar aparan ölkələrin liderlərinin hamını təmsil etməsi üçüngender bərabərliyi nəzərə alınmalıdır. Ona görə də biz əmin olmaqistəyirik ki, danışıqlarda qadınlar, yerli xalqlar böyük gücə vəsəsə malik olsunlar", - deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
11
1
az.trend.az

2Sources