EN

Kremldən 4 ölkəyə hədə: Cavabımız amansız olacaq


Ukraynanın Rusiya ərazisini uzaqmənzilli raketlərlə vurmasına icazə verilərsə, onların cavabı ABŞ, İngiltərə, Fransa və Belçika üçün sarsıdıcı olacaq.

Ölkə.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

ABŞ, Fransa, İngiltərə və Belçikaya sərt xəbərdarlıq edən Zaxarova bildirib ki, bu ölkələri odla oynamaqda ittiham edib. "Əgər Kiyevə bu məsələdə icazə verilsə, biz bunu NATO ölkələrinin Rusiya ilə birbaşa silahlı münaqişəyə girməsi kimi qiymətləndirəcəyik. Bu, münaqişənin mahiyyətini dəyişəcək. Uzaqmənzilli sistemlərdən istifadə olunarsa, buna  amansız formada cavab veriləcək və Qərb ölkələri üçün dağıdıcı olacaq", - Zaxarova bildirib.

Mürtəza
Ölkə.Az

Chosen
14
olke.az

1Sources