Məlum olduğu kimi, Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir.
KONKRET.az xəbər verir ki, tədbirdə 80-dən çox ölkənin dövlət və hökumət başçısı, eyni zamanda 70 mindən çox nümayəndə iştirak edir.
Lakin iqlimə ən çox ziyan vuran ölkələrdən biri – Fransa rəsmiləri tədbirdə yüksək səviyyədə iştirak etmir.
Fransanın ekoloji keçid naziri Agnes Pannier-Runacher senatda çıxışı zamanı Azərbaycana səfər etməmələrinin səbəbini açıqlayıb.
O rəsmi Bakını Fransanın daxili işlərinə qarışmaqda ittiham edib.
“Respublika Prezidenti və Baş nazirlə müzakirə etdikdən sonra qərara gəldik ki, Azərbaycana getməyək”, – deyə nazir bildirib.
Fransa 2015-ci ildə imzalanan Paris Sazişindən sonra ilk dəfədir ki, COP tədbirində yüksək səviyyədə təmsil olunmur.
Məlik,
KONKRET.az