Zaqatalada 37 yaşlı kişi qəfil vəfat edib.
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, rayonun Muxax kənd sakini 1987-ci il təvəllüdlü Ramazanov Rəfael Məhəmməd oğlu Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Xəstəxanada iynə vurulan R.Ramazanov anafilaktik şok nəticəsində ölüb.
Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.