EN

ABŞ rəsmisi İsrailə məxsus məxfi sənədləri sızdırıb - Həmin gizli sənədlərdə nə olub?

ABŞ-dən olan hökumət rəsmisi İsrailin oktyabr ayında İrana cavab zərbəsi endirmək planlarını nümayiş etdirən məxfi sənədləri sızdırmaqda ittiham olunur.

"AzPolitika" xəbər verir ki, ABŞ-nin “New York Times” nəşrinin yazdığına görə, sızdırılan məxfi sənədlər arasında ABŞ-nin bu planlarla bağlı qiymətləndirmələri və İsrailin hücumdan əvvəl hərbi hazırlıqları ilə bağlı gördüyü işlər var.

Qeyd olunur ki, sənədləri sızdırdığı iddia edilən ABŞ dövlət rəsmisi Asif Rəhman Kambocada həbs edilərək Quam federal məhkəməsinə gətirilib. Rəhman xaricdə MKİ-də işləyirmiş və onun çox məxfi təhlükəsizlik icazəsi varmış. Rəhmanın noyabrın 14-də məhkəmə qarşısına çıxacağı və məxfi məlumatların qəsdən sızdırılması ilə bağlı iki maddə üzrə mühakimə olunacağı gözlənilir.

"CBS News"-a görə, məhkəmə sənədlərində Rəhmanın sızdırdığı sənədlərin dəqiq nə olduğu göstərilməyib, lakin onların İsrailin hücum planları ilə əlaqəli olduğu təsdiqlənib.

Xatırladaq ki, bu ilin oktyabrında İranyönümlü "Telegram" kanallarının birində ABŞ-nin Milli Kəşfiyyat Agentliyinə aid olduğu iddia edilən iki sənəd yayımlanıb.

Chosen
35
azpolitika.info

1Sources