Zaqatalada 37 yaşlı kişi qəfil vəfat edib. Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Muxax kənd sakini 1987-ci il təvəllüdlü Ramazanov Rəfael Məhəmməd oğlu Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Xəstəxanada iynə vurulan R.Ramazanov anafilaktik şok nəticəsində ölüb. Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.