EN

Beynəlxalq Valyuta Fondu konkret layihələr üçün kredit vermir - Bo Li

"Dünya Bankından fərqli olaraq Beynəlxalq Valyuta Fondu (IMF) konkret layihələr üçün kredit vermir".

Teleqraf.com xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) baş direktorunun müavini Bo Li COP29 çərçivəsində keçirilən "Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi" adlı tədbirdə deyib.

"IMF islahatları dəstəkləmək üçün birbaşa dövlət büdcəsinə kredit verməklə büdcəni maliyyələşdirir. Buna "yaşıl büdcələşdirmə" də daxildir. Bundan əlavə, maliyyə sektorunda "yaşıl taksonomiya"nın inkişafını dəstəkləyirik və maliyyə sektorunda iqlim məlumatlarının və iqlim hesabatlarının inkişafını təşviq edirik. Həmçinin iqlim fəaliyyətini təşviq etmək üçün institusional islahatları dəstəkləyirik", - o qeyd edib.


Müəllif: Rəqsanə Həsənova
Chosen
59
teleqraf.com

1Sources