EN

Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürür

Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürür.

"Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin prezidenti Zakir Nuriyev, noyabrın 11-dən 22-nə qədər Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunan "Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi" adlı tədbirdə Azərbaycanın bank sektorunun iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürdüyünü açıqlayıb.

Zakir Nuriyev bildirib ki, bu vəsait dayanıqlı və yaşıl layihələrin həyata keçirilməsinə yönəldiləcək.

Xatırladaq ki, Dünya Bankının məlumatlarına görə, 2060-cı ilə qədər Azərbaycanın karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaltmaq üçün təxminən 44 milyard ABŞ dolları tələb olunacaq. Bu investisiyanın bir hissəsinin özəl sektordan, o cümlədən banklardan gəlməsi gözlənilir.

Z. Nuriyev əlavə edib ki, Azərbaycan Mərkəzi Bankı maliyyə sektorunun tənzimləyicisi kimi 2023-2026-cı illər üçün Dayanıqlı Maliyyə Yol Xəritəsini qəbul edərək, bank sektorunun davamlı maliyyəyə keçidi üçün strateji baxış təqdim edib.

Chosen
20
4
fins.az

2Sources