ADA Universiteti iqlim dəyişikliyi və gənclərin, gənc nəsillərin bu problemin həllinə necə cəlb olunması ilə bağlı bir çox layihələr həyata keçirib.
QHT.az xəbər verir ki, Universitet təhsil ocaqlarının konsorsiumunun yaradılması üçün birlikdə çalışmaq, resursları birləşdirmək, iqlim dəyişikliyi ilə bağlı məsələləri kurrikuluma inteqrasiya etmək barədə təşəbbüslə çıxış edib. Universitetlər daha yaxşı planet, daha yaxşı gələcək və daha yaxşı nəsillər naminə birgə çalışmağa hazırdır.