Trampın komandası bəzi Pentaqon zabitlərini vəzifədən uzaqlaşdıracaq – KİV
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın keçid komandası 2025-ci il yanvarın 20-də vəzifəyə başlamasından sonra vəzifəsindən uzaqlaşdırıla biləcək Pentaqon zabitlərinin siyahısını hazırlayır.
Yeniavaz.com xəbər verir ki, bu barədə çərşənbə günü “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Onların fikrincə, yanvarın 20-də Trampın andiçmə mərasimindən sonra vəzifəsini itirə biləcək ilk şəxslər arasında ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin (CHS) sədri, general Çarlz Braun da var. Yeni administrasiyanın həmçinin Trampın siyasətini tənqid edən ABŞ Ordusunun keçmiş Baş Qərargah rəisi Mark Milli ilə əlaqəli zabitləri də işdən çıxaracağı gözlənilir. O, əvvəllər dəfələrlə Trampın siyasətini tənqid edib və bu yaxınlarda ABŞ-nin yeni seçilmiş prezidentini “faşist” adlandırıb.
Mənbələrə görə, bir çox zabit vəzifələrindən uzaqlaşdırılacaq. Eyni zamanda, Amerikanın bəzi keçmiş və indiki rəsmiləri hesab edirlər ki, genişmiqyaslı kadr dəyişikliyi mümkün deyil.
Onların fikrincə, belə bir kadr dəyişikliyi xüsusilə Ukrayna və Yaxın Şərqdə davam edən münaqişələr fonunda Pentaqonun işini çətinləşdirə bilər.