EN

Rusiya 4 ölkəni dağıdıcı zərbə ilə hədələyir

Rusiya

Rusiya ABŞ, Fransa, İngiltərə və Belçikaya sərt xəbərdarlıq edib.

Reyting.az
xəbər verir ki, xəbərdarlığı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova səsləndirib.

Qərbin Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli silahlarla hücum etməsinə icazə vermə ehtimalını dəyərləndirən Zaxarova bildirib ki, Vaşinqton, London, Paris və Brüssel “atəşlə oynayır”.

Zaxarova deyib: “Əgər Kiyevə bu məsələdə icazə verilsə, biz bunu NATO ölkələrinin Rusiya ilə birbaşa silahlı münaqişəyə girməsi kimi qiymətləndirəcəyik. Bu, münaqişənin mahiyyətini dəyişəcək. Buna mütləq cavab veriləcək. Ərazimizə qarşı Qərbin uzaqmənzilli sistemlərinə cavab dağıdıcı olacaq”.

NATO-nun baş katibi Mark Ruttenin NATO ölkələrinə “Ukraynaya hərbi dəstəyi artırın”, - çağırışını dəyərləndirən Zaxarova qeyd edib ki, bu çağırış gərginliyi azaltmaq, danışıqlara başlamaq və problemi siyasi diplomatik üsullarla həll etmək məqsədi daşımır.

Ukraynada sülhə nail olmağın Qərbin planlarında olmadığını deyən Zaxarova əmindir ki, Qərb Ukraynanın əli ilə Rusiyaya qarşı hibrid müharibəni davam etdirmək niyyətindədir.

Baltik dənizindəki vəziyyətə toxunan Zaxarova qeyd edib ki, bu dənizin NATO-nun daxili sularına çevrilməsinə imkan verilməyəcək.

E. KAMAL
Chosen
4
1
reyting.az

2Sources