EN

Prezident toplantı keçirdi, həm narazılıq, həm də iki dəfə pul vəd etdi

«Sumqayıt»da komandaxili toplantı keçirilib.

Klub rəhbərliyi cari mövsümün gedişiylə bağlı məşqçi və futbolçularla fikir mübadiləsi aparıb.

Prezident Riad Rəfiyev Premyer Liqanın ilk 13 həftəsində qeydə alınan nətixcələrdən bir o qədər məmnun qalmadığını bildirib.

«Kimyaçılar»ın birinci şəxsi kollektivdən gözləntilərinin böyük olduğunu söyləyib. Həmçinin oyunçuları yaxından maraqlandıran bir vəd verib.

Rəfiyev bundan sonrakı qarşılaşmalar üçün mükafat fondunu ikiqat artıracaqlarını açıqlayıb.

SPORTİNFO.AZ

Chosen
9
sportinfo.az

1Sources