EN

Baydenin Trampla görüşdə şən görünməsi şayiə doğurub

ABŞ prezidenti Co Baydenin çərşənbə günü Ağ Evdə yeni seçilmiş prezident Donald Trampla görüşü zamanı şən görünməsi ölkənin sosial media seqmentində ajiotaj doğurub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Baydenin öz partiyası tərəfindən seçki yarışından kənarlaşdırılmasından sonra onun ölkənin idarəçilik sükanını respublikaçıya təhvil verməkdən xoşbəxt olması şayiələrə səbəb olub.

Amerikalı mühafizəkarlar öz şərhlərində qeyd ediblər ki, onlar Trampa administrasiyalar arasında rahat keçidi asanlaşdıracağına söz verən Baydeni bu qədər xoşbəxt görməyiblər. Morqon MakMaykl adlı siyasətçi X sosial şəbəkəsində belə sualla çıxış edib: "Baydenin seçkidə Trampa səs verdiyini başqa kim düşünür?"

Pensilvaniya senatının keçmiş namizədi Şon Parnell qeyd edib ki, Bayden Amerikanın əksəriyyəti ilə eyni gülüşə malikdir. "Hər kəs Trampın Ağ Evə qayıtmasını səbirsizliklə gözləyir. Bayden də", - o yazıb.

Eyni zamanda, internetdə 2016-cı ildə Barak Obama ilə Donald Tramp arasında keçirilən oxşar görüşdən foto da yerləşdirilib və bu fotoda demokrat prezident postunu tərk edərkən daha təmkinli göründüyü əks olunur.

Musavat.com

Chosen
13
musavat.com

1Sources