EN

“Naxçıvan Muxtar Resublikasının 100 illiyi” münasibətilə  ağacəkmə aksiyası – FOTOLAR

Şanlı "Zəfər Bayramı" ərəfəsində “Naxçıvan Muxtar Resublikasının 100 illiyi” münasibətilə  ağacəkmə aksiyası keçirilmişdir.

Azərbaycan Mərkəzi Bankının təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Resublikasının 100 illiyi” münasibətilə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu ərazisində keçirilən genişmiqyaslı ağacəkmə aksiyasına ölkədə fəaliyyət göstərən maliyyə Assosiasiyaları – Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının və üzvlərinin rəhbərliyi, kollektivi qoşulmuşdur.

Bu aksiya Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında yüksək keyfiyyətli ekoloji mühitin yaradılması, ölkədə meşə fondunun bərpası istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi sahəsində əməkdaşlığa dair 13 mart 2023-cü il tarixində imzalanmış “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində həyata keçirilib.

Memorandumun məqsədi tərəflərin iştirakı ilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsindən ibarətdir.

Ağacəkmə aksiyasında torpaq-iqlim şəraitinə uyğun 2200 ədəd ağac əkilmiş və ümumilikdə Şərur rayonu ərazisi də daxil olmaqla, 10 min ədəd ağacın əkilməsi planlaşdırılmışdır.

Hurriyyet.az

 

Chosen
5
hurriyyet.az

1Sources