İranın Kərəc şəhərinin Qızılhisar həbsxanasında 7, Zahidan şəhərinin mərkəzi həbsxanasında isə 1 məhkum edam edilib.
Bu barədə insan haqları təşkilatlarının yaydığı məlumatda bildirilib.
Məlumata görə, hər 8 məhkum narkotik maddələrin alverində günahlandırılıblar.
Bununla da oktyabr ayının əvvəlindən bu günə kimi İran həbsxanalarında edam edilənlərin sayı 200-ə yaxınlaşıb.
Qeyd edək ki, 10 oktyabr 2023-cü ildən 2024-cü ilin 10 oktyabrına kimi İranda 811 məhkum edam edilib və bu, ondan əvvəlki illə müqayisədə 33% çoxdur.
visiontv.az