EN

Macarıstan gələn ildən ABŞ-la ittifaqa ümid edir

“Macarıstan hakimiyyəti ümid edir ki, Donald Tramp  Ukraynadakı münaqişənin həllinə və Avropada sabitliyin təmin olunmasına kömək edəcək”. 

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Macarıstan baş nazirinin aparat rəhbəri Qergeli Qulyas deyib: “Gələn il Avropada sülhün əldə olunacağını real şəkildə gözləyə bilərik. Bu isə Avropaya, xüsusən də Macarıstanın iqtisadi inkişafında mühüm rol oynaya bilər”. O, həmçinin Trampın Ağ Evə qayıdışından sonra   Macarıstanla ABŞ arasında münasibətlərin normallaşacağına əminliyini ifadə edib: “Macarıstan Donald Trampın prezidentliyi dövründə Birləşmiş Ştatlarla güclü ittifaqa ümid edir”,-deyə Qulyas bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
17
konkret.az

1Sources