Azərbaycan və Türkiyənin Hərbi Dəniz Qüvvələri (HDQ) birgə hərbi təlim keçirəcək.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.
Qeyd olunub ki, 18-29 noyabr tarixlərində Muğla şəhərinin Aksaz bölgəsində keçiriləcək birgə təlimdə Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələrinin sualtı hücum və sualtı müdafiə bölmələri iştirak edəcəklər.