İsrailin qırğınını davam etdirdiyi Qəzzada can itkisi 43 min 736-ya yüksəlib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi açıqlama verib.
İsrail qüvvələrinin son 24 saatda həyata keçirdiyi 3 hücumda 24 fələstinlinin həyatını itirdiyi, 112 fələstinlinin isə yaralandığı bildirilib. Qəzza zolağında 2023-cü il oktyabrın 7-də başlayan hücumlarda ümumi can itkisinin 43 min 736-ya, yaralı sayının isə 103 min 370-ə yüksəldiyi bildirilib.
Qeyd edək ki, İsrailin Qəzza zolağına hücumları 405 gündür ki, davam edir.
Oksana