EN

Ukraynada prezident seçkiləri gözlənilirmi?

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidentinin Ofisi ölkədə münaqişənin davam etdiyi müddətdə prezident seçkilərinin keçirilməyəcəyini bəyan edib.

Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "La Repubblica" qəzetinə müsahibəsində bu barədə açıqlama verib və müharibə dövründə seçki keçirilməyəcəyini deyib.

Bu günlərdə Britaniyanın "Ekonomist" nəşri yazmışdı ki, Ukraynada prezident seçkilərinin keçiriləcəyi təqdirdə Vladimir Zelenski ikinci turda Ukraynanın Silahlı Qüvvələrinin keçmiş Baş komandanı və hazırda Londondakı səfiri olan Valeri Zalujniya məğlub ola bilər.

Xatırladaq ki, 2019-cu il seçkilərindən əvvəl Zelenski ikinci müddətə namizəd olmayacağına söz vermişdi.

Konstitusiyaya görə, Ukraynada növbəti parlament seçkiləri 2023-cü ilin payızında, prezident seçkiləri isə 2024-cü ilin martında keçirilməli idi, lakin Ukrayna qanunvericiliyi və Konstitusiyası seçkilərin hərbi vəziyyət şəraitində keçirilməsini qadağan edir.

Hürr Tərcüman

 

Chosen
32
hurriyyet.az

1Sources