EN

Bakı Metropoliteni şəbəkəsi genişləndiriləcək



Bu gün COP29 çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Avropa İnvestisiya Bankı arasında Anlaşma Memorandumu imzalanıb.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev verib.

Onun sözlərinə görə, memoranduma əsasən, tərəflər Bakı Metropoliteni şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə əməkdaşlıq edəcək.

Metro şəbəkəsinin inkişafı ictimai nəqliyyatın xidmət keyfiyyətini və əlçatanlığını artırmaqla yanaşı, paytaxtın ekoloji vəziyyətinə müsbət təsir göstərəcək.

Süleyman
Chosen
22
newscenter.az

1Sources