EN

İlin ən yaxşı yarımmüdafiəçisi adı uğrunda 11 futbolçu mübarizə aparacaq

"Globe Soccer Awards" 2024-cü ilin ən yaxşı yarımmüdafiəçi adı uğrunda mübarizə aparacaq namizədləri açıqlayıb.

Fanat.Az xəbər verir ki, siyahıda 11 orta xətt oyunçusunun adı var:

Nikolo Barella ("İnter"), Cud Bellingem (Real Madrid"), Hakan Çalhanoğlu ("İnter"), Toni Kroos (karyerasını bitirib), Dani Olmo ("Barselona"), Koul Palmer ("Çelsi"), Rodri ("Mançester Siti"), Federiko Valverde ("Real Madrid"), Vitinya (PSJ), Florian Virts ("Bayer Leverkuzen"), Qranit Caka ("Bayer Leverkuzen").

Artıq "Globe Soccer Awards"ın rəsmi saytında səsvermə start götürüb. Səsvermənin nəticələrinə əsasən finalçılar müəyyənləşəcək. Mükafatlandırma mərasimi dekabrın 27-də Dubayda baş tutacaq.

Qeyd edək ki, ötən il bu mükafat Rodriyə təqdim edilmişdi.

Nihat

Chosen
20
fanat.az

1Sources