EN

COP29 biznesləri, maliyyəçiləri, şəhərləri, millətləri bir araya gətirir - Naycel Toppinq

COP29 biznesləri, maliyyəçiləri, şəhərləri, yerli xalqları və yerli icmaları bir araya gətirir.

Olaylar xəbər verir ki, Qlobal Səfir və Ambition Loop-un təsisçisi Naycel Toppinq "COP29-un Biznes, İnvestisiya və Filantropiya üzrə İqlim Platforması" mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.

"Bu aspekt, şübhəsiz ki, danışıqlar prosesinin özü qədər vacibdir və ildən-ilə daha çox əhəmiyyət kəsb edir. Çünki qaydalar yaratmaq, resursları səfərbər etmək və yumşaldılma və uyğunlaşma üçün kütləvi maliyyə təmin etmək üçün milli hökumətlərlə birlikdə qeyri-dövlət aktorlarından asılıdır", - o bildirib.

N.Topinqin sözlərinə görə, elmi məsləhətlər dünyanın həqiqətən istiləşməni mümkün qədər 1,5 dərəcə və ya daha aşağı səviyyədə saxlamağa yönəlməsini təklif edir.

"Biz ən ciddi insani və iqtisadi nəticələrdən qaçmalıyıq. Məhz bu cəhət COP29-da qeyd olunanların 90 faizini təşkil edir", - o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
3
2
olaylar.az

3Sources