EN

58 yaşlı Mayk Tayson rinqə qayıdır?

Ağır çəkili boks üzrə 58 yaşlı keçmiş dünya çempionu Mayk Tayson özündən 30 yaş kiçik Ceyk Pol ilə rinqə noyabrın 15-də çıxacaq.

"Cebheinfo.az" xəbər verir ki, "YouTube"-dan rinqə keçən 27 yaşlı Ceyk Polla Tayson arasındakı boks görüşü şou üçün deyil.

Tayson-Paul döyüşü peşəkar boks görüşü kimi qeydə alınıb. Paul peşəkar boksçu kimi keçirdiyi 11 görüşdən 10-da qalib gəlib.

Mayk Taysonun mədə narahatlığından əziyyət çəkdiyi üçün iyul ayına planlaşdırılan matç noyabr ayına təxirə salınıb.

Medianın böyük marağı ilə iki döyüşçünün hazırlıq prosesi sənədli filmə çevrilib.

Məşq prosesi ilə bağlı Tayson, "Dəsmal atsam deyə düşünənlər vardı, amma hələ də buradayam. Məşq bitdi" deyib.

Bu matçdan rinq əfsanəsinin 20 milyon dollar qazanacağı deyilir.

Paul isə müsahibəsində “40 milyon dollar” alacağını qeyd edib.

Qarşılaşma hər iki boksçunun döyüş rekordlarına düşəcək.

Mübarizə üçün bəzi xüsusi dəyişikliklər də edilir.

Paul və Tayson matçı hər biri iki dəqiqədən ibarət 8 raund olaraq planlaşdırılıb.

Boks matçları ümumiyyətlə hər biri üç dəqiqədən ibarət 12 raunddan ibarətdir.

Bundan əlavə, iki boksçu daha az təsirli əlcəklər geyinəcək.

Qarşılaşmaya peşəkar görüş üçün lisenziya verən Texasdakı müvafiq qurum iki boksçunun sağlamlıq tarixçəsi qiymətləndirildikdən sonra görüşün “bəzi istisnalarla” təsdiqləndiyini açıqlayıb.

Boks rinqində yaşayan ən böyük adlardan biri olan Tayson son peşəkar görüşünü 2005-ci ildə keçirib.

2020-ci ildə bir sərgi matçında oynayıb.

11 görüşdən 10-da qalib gələn Paul adətən keçmiş qarışıq döyüşçülərlə döyüşür.

Bir vaxtlar "YouTube"-un ən çox qazanan mövzu yaradıcıları arasında olan Paul rinqə keçəndən sonra gəlirini iki dəfə artırır.

"Forbes" jurnalı Paulu 2022-ci ilin ən çox qazanan 46-cı idmançısı olaraq siyahıya alıb.

Chosen
38
cebheinfo.az

1Sources