Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Belə ki, Fransa Azərbaycanın Güney Qafqazdakı yaratdığı reallıqları və rolu qəbul etmək istəmir. Eyni zamanda bölgəyə Ermənistan üzərindən yerləşməklə destruktiv oynamağa çalışır. Azərbaycan da buna imkan verməyərək Fransanın bu niyyətlərinə mane olmaqdadır. Çünki Fransanın Azərbaycana qarşı tutduğu düşmən mövqe cavabsız qalmır. Heç təsadüfi deyil ki, Fransanın bütün cəhdlərinə baxmayaraq COP29-u boykot etmək cəhdləri baş tutmadı. 80-dən artıq ölkənin hökumət başçıları bu tədbirdə iştirak etdi. Şübhəsiz ki, Azərbaycanın rolu bundan sonra da artacaq. Həm neft, həm də qazla bərabər Azərbaycan Avropaya yaşıl enerjinin ixracına da başlayacaq. Bununla bağlı Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya arasında memorandum imzalanıb. Artıq texniki əsaslandırma, layihələndirmə işləri keçirilməkdədir. O cümlədən bu prosesə Azərbaycanın vasitəçiliyilə Özbəkistan və Qazaxıstan da qoşulublar".
Zeynəb Rzayeva