EN

Azərbaycan "Baker Hughes" ilə emissiyaların azaldılmasını müzakirə edib

 

Azərbaycan "Baker Hughes" şirkəti ilə emissiyaların azaldılmasına yönəlik fəaliyyəti müzakirə edib.

Missiya.Az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında yazıb.

Nazir bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) çərçivəsində "Baker Hughes" şirkətinin sədri və baş icraçı direktoru Lorenzo Simonelli ilə görüşüb.

“Görüşdə ölkəmizin “yaşıl gələcəy”inə şirkətin verə biləcəyi töhfələr, dayanıqlı biznes modellərinin formalaşdırılması, emissiyaların azaldılmasına yönəlik fəaliyyət və müasir texnologiyaların tətbiqi ilə hasilatda səmərəliliyin artırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirdik”, - deyə M.Cabbarov bildirib.

#COP29 (@COP29_AZ) çərçivəsində "Baker Hughes" (@bakerhughesco) şirkətinin sədri və baş icraçı direktoru Lorenzo Simonelli ilə ölkəmizin yaşıl gələcəyinə şirkətin verə biləcəyi töhfələr, dayanıqlı #biznes modellərinin formalaşdırılması, emissiyaların azaldılmasına yönəlik… pic.twitter.com/H72Wee0Xa3

— Mikayil Jabbarov (@MikayilJabbarov) November 14, 2024

Chosen
3
7
missiya.az

10Sources