EN

“Amazon” “Temu”ya ucuz rəqib yaratdı 

ABŞ-nin e-ticarət brendi “Amazon” yeni, aşağı qiymətli məhsul mağazası olan “Amazon Haul”u təqdim edib. 

"Cebheinfo.az” xəbər verir ki, 20 dollardan aşağı məhsul çeşidi ilə “Haul” Çində yerləşən məşhur e-ticarət platforması “Temu”ya birbaşa rəqib olmağı hədəfləyir. Çərşənbə günü təqdim edilən “Amazon Haul” 1,29 dollarlıq sırğadan 7,99 dollarlıq geyimlərə qədər geniş çeşiddə məhsullar təqdim edir. 

Bundan əlavə, “Amazon” 50 və 75 dollardan yuxarı olan sifarişlərə müxtəlif dərəcələrdə endirimlər təklif edir. Həmçinin, 25 dollar və ya daha çox sifarişlər üçün pulsuz çatdırılma seçimi var. “Amazon Prime”-dan fərqli olaraq, mağazanın çatdırılma müddəti daha uzun olur, adətən bir həftəyə qədərdir. 

Yeni platforma “Temu”, “TikTok Shop” və “Shein” kimi rəqiblərin satış üsulları uyğun olaraq istifadəçini alış-verişini tez tamamlamağa yönəldir. “Amazon Haul”un bu məqsədə nail olub-olmayacağı maraq doğursa da, “Amazon”nun gənc və büdcəyə uyğun istehlakçılar üçün hazırlanmış bu platformasının “Temu” və digər rəqiblərə qarşı rəqabət qabiliyyətini artıracağı gözlənilir. 

Chosen
22
1
cebheinfo.az

2Sources