Hər sahənin də öz hüquq müdafiəsi və hüquq tənzimlənmə problemləri var.
News24.az xəbər verir ki, bu sözləri "Liatris" Holdinqin rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyevanın yeni layihəsi olan "Qaranlıqda həqiqət"in qonağı Əməkdar hüquqşünas İkram Kərimov deyib:
“Elmi tərəqqi, sahibkarlıq fəaliyyəti, inkişaf bütün sahələrə sirayət edir. Hər sahənin də öz hüquq müdafiəsi və hüquq tənzimlənmə problemləri var. Bunu bir hüquqşünas tam həll edib, keyfiyyətli ortalığa çıxara bilməz. Bu gün ekologiya sahəsi üzrə hüquqşünas var, maliyyə üzrə, bank sektoru üzrə var. Mən o işlərin öhdəsindən bu dəqiqə gələ də bilmərəm, işləyə də bilmərəm. Amma mənim üçün həmişə maraqlı olub ki, üstü bağlı ölüm işləri olsun, onun üzərində işləyim”.
Ağa Dadaşzadə