EN

Aselsan 49 yaşını qeyd edir

Oyun dəyişdirən texnologiyaların lideri ASELSAN 49 yaşını qeyd edir. 

Missiya.Az xəbər verir ki, sözügedən qurum 49 il əvvəl bu gün, 1975-ci il noyabrın 14-də Kipr Sülh Əməliyyatından sonra Türkiyəyə tətbiq edilən embarqolara cavab olaraq yaradılıb. 

ASELSAN nümayəndə heyəti 49-cu il dönümü ilə əlaqədar noyabrın 14-də Qazi Mustafa Kamal Atatürkün əbədi istirahət yeri olan Anıtqəbiri ziyarət edib. Qurumun baş direktoru Əhməd Akyolun başçılıq etdiyi ASELSAN heyəti Aslan yolundan keçərək Atatürkün məqbərəsinə doğru irəliləyib. 

Akyol məqbərəyə əklil qoyduqdan sonra ASELSAN heyəti İstiqlal Himnini oxuyub. Nümayəndə heyəti Anıtqəbirə səfəri zamanı 49-cu ildönümü üçün xüsusi olaraq hazırlanmış skunku yaxalarında gəzdiriblər. 

Atatürkün məqbərəsində təşkil edilən mərasimdən sonra Əhməd Akyol Milli Pakt Qülləsinə gedərək Anıtqəbir Şərəf Dəftərini imzalayıb və Akyol bu sətirləri yazıb: 

“Hörmətli Atatürk, ASELSAN-ın 49-cu ildönümünü qeyd etməkdən böyük həyəcan keçiririk. Təhlükəsizlik güclərimizin kommunikasiya ehtiyaclarını yerli istehsalla qarşılamaq üçün qurulan ASELSAN bu gün ölkəmizin qürur mənbəyi olan şirkətlərdən birinə çevrilib. Şirkətin texnologiyaları dənizlərin altından tutmuş kosmosun dərinliklərinə qədər Türkiyənin istehsal etdiyi hər platformada mövcuddur. Biz böyüməyə davam edəcəyik. 

Millətimizin göz bəbəyi olan ASELSAN-ın uğurları təbii ki, Türkiyə ilə məhdudlaşmır. Bu günə qədər 90 fərqli ölkəyə ixrac etməyi bacarmışıq. Biz dünyanın 42-ci ən böyük müdafiə sənayesi şirkəti olduq. Keçən il dünyanın ən sürətlə inkişaf edən 10 müdafiə sənayesi şirkətindən biri olmağı bacardıq. Təbii ki, bununla bitirməyəcəyik, ASELSAN-ı hər mənada qlobal bir şirkətə çevirəcək hədəflərimizi davam etdirəcəyik. 2030-cu ilin sonuna qədər dünyanın 30 ən böyük müdafiə sənayesi şirkətindən biri olmaq məqsədi ilə möhkəm addımlarla yolumuza davam edirik. Həmin iddialı məqsədə nail olmaq üçün biz öz sahəmizdə ən yaxşısını istehsal etməyə, oyunu dəyişən texnologiyalara və ixrac yönümlü böyüməyə davam edəcəyik. ASELSAN özünə, insanına, gəncliyinə güvənən bir millətin nələrə nail ola biləcəyinin canlı nümunəsidir. Milli mübarizəni uğurlu edən dəyərlər həm də ASELSAN-ın dəyərləridir. 11 mindən çox ASELSAN ailəsi həm şirkətimizi böyütmək, həm də millətimizə daha böyük qürur gətirmək əzmindədir. 50 illik yubileyimizə bir il qalmış biz yeni nailiyyətlərlə xalqımızın üzünü güldürməyə davam edəcəyik. Dəmir torlarla hördüyünüz respublikanı Polad Günbəzlə zireh edəcəyik. Bizə əmanət etdiyiniz respublikanı dünyada layiqli yerə daşımaq üçün bundan sonra da daha çox çalışacaq və istehsal edəcəyik. Ruhunuz şad olsun". 

Zərintac Mayisqızı Missiya.Az 

Chosen
40
8
missiya.az

9Sources