EN

“Qalatasaray” İkardinin həbsi ilə bağlı xəbərləri təkzib etdi

“Qalatasaray” klubu argentinalı futbolçu Mauro İkardi barədə yayılan xəbərlə bağlı açıqlama yayıb.

Yenicag.az xəbər verir ki, sarı-qırmızılı klubun rəsmi sosial media hesabından edilən açıqlamada bu ifadələr yer alıb:

“Peşəkar futbolçumuz Mauro İkardi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. Oyunçumuz Argentinadakı evində dincəlir. İdmançımızı mənən əzmək məqsədi daşıyan bu xəbərlərə diqqət yetirməməyinizi xahiş edirik”.

Chosen
21
9
yenicag.az

10Sources