EN

Polşa Koreya tanklarını Kalininqrada yaxınlaşdırdı

Cümə axşamı, noyabrın 14-də Cənubi Koreyanın “Hyundai Rotem” şirkətinin K2 “Qara Pantera” tankları Rusiyanın Kalininqradla sərhədindən bir neçə kilometr aralıda yerləşən Branevo şəhərindəki 9-cu Branevo Zirehli Süvari Briqadasına çatdırılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə WNP məlumat yayıb.
Nəşr qeyd edir ki, Polşada ölkə silahlı qüvvələrinin daha bir bölməsinin Koreya texnikası ilə silahlanması prosesinə başlanılıb.
Onların məlumatına görə, Branevoya ümumilikdə doqquz tank çatdırılıb, onlardan yeddisi 1-ci tank taboruna, qalan ikisi isə başqa bölməyə veriləcək.
Ümumilikdə, Polşanın artıq 71 tankı var və ilin sonuna qədər daha iki 13 ədəd texnikanın tədarükü planlaşdırılır. Bunlardan böyük ehtimalla Branevoya gedəcək, materialda deyilir.
2022-ci ilin avqustunda Polşa və Cənubi Koreya 180 tankın alınması ilə bağlı müqavilə imzalayıb. Hazırda ölkə daha 180 tankın alınması üçün ikinci müqavilənin imzalanması ilə bağlı danışıqlar aparır.
Chosen
1
1
tribunainfo.az

2Sources