Təcrübəli mütəxəssis Klaudio Ranyeri "Roma"nın yeni baş məşqçisi olub.
90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 73 yaşlı mütəxəssis 2024/2025 mövsümünün sonuna kimi komandanın "sükanı arxasına" gətirilib.
Bundan sonra Ranyeri klubda sahiblərinin idman məsələləri üzrə məsləhətçisi kimi qalacaq.
Ranyeri məşqçilik karyerası ərzində artıq iki dəfə - 2009-2011 və 2019-cu illərdə "Roma"nı çalışdırıb. Keçən əsrin yetmişinci illərində isə Klaudio “Qurdlar”ı futbolçu kimi təmsil edirdi. “Roma”nın növbəti oyunu noyabrın 24-də “Napoli” ilə olacaq. Hazırda romalılar A Seriyasının turnir cədvəlində 12-ci yerdədir.