EN

Paşinyan hakimiyyətə gəldikdən sonra ilk dəfə imicini dəyişdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ermənistanın baş naziri Nikol Paşinyan 2018-ci ildə küçə etirazlarından sonra hakimiyyətə gəldikdən sonra ilk dəfə saqqalını qırxıb.
Oxu.Az xəbər verir ki, o müvafiq kadrları "Telegram" kanalında yayımlayıb. Paşinyan videonu "Salam, ağ saqqal", - yazaraq şərh edib.
Baş nazir niyə məhz indi təraş etmək qərarına gəldiyini açıqlamayıb.
Qeyd edək ki, saqqal müəyyən mənada 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyinin simvolu idi. Paşinyanın demək olar ki, bütün tərəfdaşları küçə etirazları zamanı və sonrasında saqqal saxlayıblar.
Chosen
14
6
oxu.az

10Sources