EN

Paşinyan hakimiyyətə gəldikdən sonra ilk dəfə imicini dəyişdi

Ermənistanın baş naziri Nikol Paşinyan 2018-ci ildə küçə etirazlarından sonra hakimiyyətə gəldikdən sonra ilk dəfə saqqalını qırxıb.

Oxu.Az xəbər verir ki, o müvafiq kadrları “Telegram” kanalında yayımlayıb. Paşinyan videonu “Salam, ağ saqqal”, – yazaraq şərh edib.

Baş nazir niyə məhz indi təraş etmək qərarına gəldiyini açıqlamayıb.

Qeyd edək ki, saqqal müəyyən mənada 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyinin simvolu idi. Paşinyanın demək olar ki, bütün tərəfdaşları küçə etirazları zamanı və sonrasında saqqal saxlayıblar.

Chosen
14
6
editor.az

10Sources