EN

"Baker Hughes” şirkəti ilə birgə fəaliyyətin təşviqi müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində “Baker Hughes” şirkətinin sədri və baş icraçı direktoru Lorenzo Simonelli ilə görüşüb.

SİA-nın məlumatına görə, Nazirlikdən bildirib ki, görüşdə şirkətlə birgə fəaliyyət çərçivəsində həyata keçirilən layihələr, innovativ yanaşmaların və müasir texnologiyaların tətbiqi ilə hasilatda məhsuldarlığın artırılması üzrə əməkdaşlıq nəzərdən keçirilib. Dayanıqlı biznes həlləri, emissiyaların azaldılmasına yönəlmiş fəaliyyət və dekarbonizasiya istiqamətində tərəfdaşlıq məsələlərinə toxunulub.

Tərəflər yaşıl enerji sahəsində ölkəmizin zəngin potensialından səmərəli istifadənin, iqlim fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkilinin və bərpaolunan enerjiyə investisiyaların artırılmasının əhəmiyyətini vurğulayıblar. Enerji keçidinin təşviqi və bu xüsusda şirkətin ölkəmizin yaşıl gələcəyinə verə biləcəyi töhfələr, həmçinin SOCAR ilə tərəfdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Chosen
3
7
sia.az

9Sources