EN

Onlara qarşı qətiyyətlə mübarizə aparacağıq - Pezeşkian

İran Yaxın Şərqdə genişmiqyaslı silahlı qarşıdurmada maraqlı deyil, lakin hər zaman öz təhlükəsizliyini təmin edəcək. 

Sitat.info xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossi ilə görüşündə deyib.

"Müharibə nə İranın, nə bölgənin, nə də dünyanın maraqlarına uyğundur. Heç bir ağlı başında olan insan müharibəyə başlamaq və münaqişəni alovlandırmaq istəməz. Bununla belə, biz istənilən şəraitdə təhlükəsizliyimizə qarşı yönələn istənilən addıma qarşı qətiyyətlə mübarizə aparacağıq”, - o bildirib.

Chosen
12
3
sitat.info

9Sources