Müğənni Damlanın Amerikaya girişi bir illik qadağan edilib.
Axşam.az xəbər verir ki, bu barədə ifaçı "Xəzər axşamı" verilişində danışıb:
"Viza məsələmiz hələ də alınmır. Bir illik ölkəyə giriş qadağam var. Oğlum İbrahim üçün çox darıxmışam. Onunla danışıram, amma dərslərinə görə Azərbaycana gələ bilmir".
Qeyd edək ki, Damla ABŞ-də təhsil alan övladını 11 aydır görə bilmir. Müğənni ötən ay ABŞ-yə getmə qadağasının səbəbini belə izah etmişdi:
"Amerikada yaşayan həmyerlilərimiz biləndəki oğlum orada universitetə qəbul olub fikirləşiblər ki, mənim də vizam var və orada Novruz bayramı ərəfəsində konsert verim. Sənədlərimi hazırladım və müsbət cavab gəldi. Dedilər ki, 3 gün gözləyin. Həmin ərəfədə təşkilatçılar afişa hazırladılar.  Xəbərim olmadan bilet satışı başlayıblar. Heç nəyin üstündə səfirlikdən zəng gəldi. Gedəndə səfir konsert afişasını göstərdi ki, bizi aldadırsınız, konsert verməyə gedirsiniz. And içdim ki, övladımın yanına gedirəm. Necə olub onlara göndərilib, bilmirəm".