EN

Eminin şirin xəyalı acı gerçəklərə çırpılmamalıdı! – YAZI

Emin Mahmudov yenə zədələndi... Yenə yığmanın oyunundan əvvəl... Yenə ümdə amalına çata bilməyəcək... Bəli-bəli, yenə Qurban Qurbanovun millidəki qol rekordunu (14) qıra bilməyəcək...

Bəlkə də Estoniya ilə matçda onu kapitan sarğısında görəcəkdik. Hər halda, olmadı. Tislimdi-nədi, bilinmir. Özü də yalnız milliylə yox, “Neftçi”ylə bağlı işləri də qaydasında getmir. Halbuki hər halından bəllidi qol vurmaq, yenidən kapitan sarğısına qovuşmaq istəyi. Alınmır ki alınmır...

Belə... Mahmudovun xəyalı ertələndi... Millimizin növbəti matçlarından əvvəl zədələnməsə, hansısa fors-major hal ortaya çıxmasa, yenidən şansını sınayacaq. İndi isə gözləmək lazımdı. Amma zaman gözləmir axı. Loru dildə desək, bir müddət sonra yaş da öz sözünü deyəcək. Bəlkə də Emin heç vaxt Qurban Qurbanovun rekordunu qıra bilməyəcək. Görəsən, onda peşman olacaqmı? “Kaş İsveçlə matçda penaltini özüm vuraydım...” deyib qüssələnəcəkmi?

Belə hal təkcə bir qola ehtiyacı olan Emini yox, bütün futbol ictimaiyyətini qüssələndirməlidi. Təkcə ona görə yox ki, Mahmudov bunu bacarmağa çox yaxın olsa da, hər dəfə bir problem yaranır. Həm də ona görə ki, 32 illik tarixə malik yığmanın ən çox qol vuran futbolçusu 19 il əvvəl oyunçu karyerasını bitirib və hələ də bu rekordu yeniləyə biləcək igid yetişdirməmişik...

KƏNAN BAHADIR

Chosen
20
football-plus.az

1Sources