Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti iş və istirahət günlərinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edib.2024-cü ilin 12 və 13 noyabr iş günləri, müvafiq olaraq 16 və 23 noyabr tarixləri ilə əvəz edilib.Bu dəyişiklik iş və istirahət günlərinin ardıcıllığının qorunması məqsədini güdür. 9 noyabr qeyri-iş günü olduğu üçün, həmin günə uyğun olaraq 11 noyabr da qeyri-iş günü kimi müəyyən edilib.Bu dəyişikliklə 8, 9, 10, 11, 12 və 13 noyabr tarixləri ardıcıl qeyri-iş günləri olur. Nəticədə bu şənbə 16 noyabr və növbəti şənbə 23 noyabr iş günü hesab edilir. \\Axar.az