EN

Dünyada elektrikli avtomobil satışları rekord qırıb

Qlobal hibrid və elektrikli avtomobil satışları oktyabrda illik müqayisədə 35 faiz artaraq 1,72 milyona çatıb.

Avtosfer.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə elektrikli avtomobillər sahəsində çalışan Böyük Britaniyada yerləşən "Rho Motion" konsaltinq şirkəti oktyabr ayı satışları ilə bağlı məlumatları dərc edib. 

Müvafiq olaraq, oktyabr ayında dünya üzrə 1,72 milyon hibrid və elektrikli avtomobil satılıb. Oktyabr ayında satışlar isə illik bazda 35% artıb. Bu satışların 1,2 milyonu Çində həyata keçirilib. Keçən ay Avropa İttifaqı (Aİ) və Böyük Britaniyada satışlar 0,8 faiz artaraq 260 min olub.

Digər tərəfdən, yanvar-oktyabr dövründə dünyada elektrikli avtomobil satışları 24% artaraq 13,3 milyona çatıb. Bu dövrdə ümumi satışların 8,4 milyonu Çində, 2,5 milyonu Aİ və Böyük Britaniyada, 1,4 milyonu isə ABŞ və Kanadada olub. Satışın qalan hissəsi (1 milyon) dünyanın digər yerlərində həyata keçirilib.

Chosen
19
avtosfer.az

1Sources