EN

Türkiyə millisinin üzvü karyerasını bitirdi

Türkiyə milli futbol komandasının 35 yaşlı millimizin üzvü Ömər Toprak futbol karyerasını bitirib.Metbuat.az xəbər verir ki, "Antalyaspor"da çıxış edən milli futbolçu Ömər Toprak, 35 yaşında futbol karyerasını başa vurduğunu açıqladı.Toprak sosial media hesabında paylaşdığı mesajda 16 illik peşəkar futbolçu karyerasını bitirmək qərarına gəldiyini bildirdi.Peşəkar futbol həyatı Frayburqda başlayan Ömər Toprak daha sonra "Bayer Leverkuzen", "Borussia Dortmund", "Verder Bremen" və son olaraq "Antalyaspor"da çıxış edib. Milli komandanın formasını 27 dəfə geyinən futbolçu, 2 dəfə qol sevinci yaşayıb.

Futbolçunun karyerasına son qoyması həm azarkeşlər, həm də futbol ictimaiyyəti tərəfindən təəssüf hissi ilə qarşılanıb.

Chosen
22
metbuat.az

1Sources