EN

Ukrayna tarixinin ən dəhşətli mərhələsi başlayır – Zelenskiyə “dar ağacı” qurulur

Ukrayna ətrafında proseslər mürəkkəbləşir. Qərbin Kiyevə dəstəyinin artırılması tələb olunan vaxtlarda fərqli mərhələ başlayır. ABŞ-da Donald Trampın hakimiyyətə qayıtması ilə Rusiya-Ukrayna müharibəsində dönüş yaranacağı proqnozlaşdırılır. Amma bu dönüşün Ukraynanın ıleyhinə olacağı deyilir.

ABŞ-dan rəsmi Kiyevə Krımı unutmaq, Rusiyaya güzəştə getmək çağırışları edilir. Ekspertlər iddia edirlər ki, bu, Zelenskini alçaldıcı sülhə məcbur etmək üçündür.

Bu rəyin yaranmasında Donald Trampın seçki kampaniyasında müharibəni 24 saata dayandıracağına dair verdiyi bəyənatın da rolu ola bilər.

Elçin Xalidbəyli

Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, Ukrayna müharibəsi ilə bağlı situasiya tədricən aydınlaşmağa başlayır:

“Ukraynanın gələcək taleyi Donald Trampın öz səlahiyyətlərinə başlamasından sonra tam dəqiqliyi ilə ortaya çıxmağa başlayacaq. Donal Tramp müharibənin dayandırılması istiqamətində fəaliyyətə başlayıb. Bəzi məlumatlara görə, Trampın təmsilçiləri ilə Rusiya Prezidenti Vladimir Putinin təmsilçiləri arasında səhnəarxası danışıqlar mövcuddur. Yeni şərtlər daxilində sülh sazişinin müzakirəsinə başlanılıb. Bu situasiya Ukraynanın gələcək taleyi üçün olduqca təhlükəli prosesə çevrilə bilər. Ukraynanın qarşısında iki yol qalır. Birincisi, rəsmi Kiyev Trampın sülh planı ilə razılaşmayacaq. Bu halda Tramp və ABŞ-ın Qərbdəki müttəfiqləri Ukraynaya yardımları dayandırmaq ilə təhdid edəcək. Kiyev razılaşmadığı təqdirdə hərbi yardımlar tamamilə dayandırılacaq. Ukrayna da bu hal ilə Rusiya qarşısında tab gətirə bilməyəcək”.

Politoloqun sözlərinə görə, bəzi Qərb dairələri yaxın gələcəkdə Ukrayna dövlətinin mövcud olmayacağına dair mesajlar verməyə başlayıb:

“İkinci varinat isə rəsmi Kiyevin məcburi şəkildə Trampın sülh planı ilə razılaşması olacaq. Ukrayna öz ərazilərinin bir hissəsini itirməklə barışmalı olacaq. Krım, Donbas daxil olmaqla Rusiya ordusununun hazırda işğal etdiyi ərazilər Kremlin nəzarətinə keçmiş olacaq. Bu da Ukraynanın dövlətçiliyinə sarsıdıcı zərbə deməkdir”.

Chosen
24
turkustan.az

1Sources