Ermənistan millisi öz meydanında Farer adalarına məğlub olub.
“İki sahil” xəbər verir ki, UEFA Millətlər Liqasının V turunda keçirilən oyunlar çərçivəsində C liqasında çıxış edən Ermənistan millisi öz meydanında Farer adalarını qəbul edib.
Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda yeganə qolu 33-cü dəqiqədə Vilolmur Devidsen vurub.