EN

Millətlər Liqası: İngiltərə və İtaliya qələbə qazandı

Bu gün UEFA Millətlər Liqasında V turun ilk oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, turun açılış matçında Qazaxıstan doğma meydanda Avstriyaya məğlub olaraq B liqasında mübarizəsini dayandırıb. Eyni liqanın favoriti sayılan İngiltərə isə səfərdə Yunanıstanı darmadağın edib.

A liqasında baş tutan turun mərkəzi görüşündə İtaliya səfərdə Belçikadan üstün olmağı bacardı.

UEFA Millətlər Liqası
V tur

A Liqası
2-ci qrup

Belçika – İtaliya 0:1
Qol: S.Tonali, 11 

Fransa – İsrail 0:0

Xal durumu: İtaliya – 13, Fransa – 9, Belçika – 4, İsrail – 1

B Liqası
2-ci qrup

Yunanıstan – İngiltərə 0:3
Qollar: O.Uotkins 7, O.Vlakhodimos 78 (avtoqol), K.Cons 83.  

İrlandiya – Finlandiya 1:0
Qol: İvan Ferqusyon 45 

Xal durumu: İngiltərə – 12, Yunanıstan – 12, İrlandiya – 6, Finlandiya – 0

3-cü qrup

Qazaxıstan – Avstriya 0:2
Qollar: X.Baumqartner, 15, M.Qreqoritç 25

Sloveniya – Norveç 1:4
Qollar: B.Sesko, 21 – A.Nusa, 4; 59, E.Haland, 45, J.Haudj, 82

Xal durumu: Avstriya – 10, Norveç – 10, Slovenya – 7, Qazaxıstan – 1

C Liqası

4-cü qrup

Ermənistan – Farer Adaları 0:1
Qol: V.Davidsen, 33

Şimali Makedoniya – Latviya 1:0
Qol: N.Serafimov, 57

Xal durumu: Şimali Makedoniya – 13, Farer Adaları – 6, Ermənistan – 4, Latviya – 4

Chosen
37
1
futbolpress.az

10Sources