EN

Aqil Zeynalovun rəhbərlik etdiyi "Yük Taksisi.Az"ın ölkədən çıxardığı vəsaitin mübahisəsi davam edir

"Yük Taksisi.Az" MMC-yə yazılan inzibati protokola baxılacaq növbəti tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədlinin sədrliyi ilə noyabrın 18-də baxılacaq.

 

Xatırlatma: Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

Qeyd: MMC-nin qanuni təmsilçisi Aqil İsmayıl oğlu Zeynalovdur. A.Zeynalov eyni zamanda “166 İnvest.Az” MMC-nin, “Evakuasiya.Az” MMC-nin, “Evakuator.Az” MMC-nin də direktorudur. O, “156” və “166” kimi evakuasiya xidmətlərinə rəhbərlik edir. 

 

Xəyal Quliyev

Tarix: 15 Noyabr 2024, 08:30   
Chosen
16
11
pravda.az

10Sources